“İnsanlarınızla tanış olmaqdan xoşbəxtəm” – Keniya rəsmisi

Hazırda oxunan: “İnsanlarınızla tanış olmaqdan xoşbəxtəm” – Keniya rəsmisi

220660

“Gözəl bir yerdir. İnsanlar qonaqpərvərdir və onlarla tanış olmaqdan xoşbəxtəm"

Bunu Bizim.Media-ya açıqlamasında Keniyadan olan qonağımız Mercy Moinan Nyerere deyib.

COP29 konfransı üçün dünyanın müxtəlif yerlərindən olan insanlar Olimpiya Stadionuna axın edir. Fərqli icmalardan olan şəxslər öz ölkələrində iqlim dəyişikiyi ilə bağlı problemləri işıqlandırmaq və həll yolları tapmaq üçün konfransda iştirak edirlər. Onlardan biri də Mercy Moinan Nyereredir. O, Bizim.Media-ya konfransdan gözləntilərini dilə gətirib.

"Buraya icmamı təmsil etmək, itki və zərər tələbimizi çatdırmaq üçün gəlmişəm. Biz ən çox quraqlıqdan əziyyət çəkirik. Yağış yağanda bu bizə təsir edir, quraqlıq olanda da təsir edir. Ona görə də bir tələb gətirmişik. Tələbimizi konfransda musiqi ilə çatdıracağıq. Bu gün təqdim etdiyimiz musiqi tələbimizi ifadə edir, istəklərimizi göstərir. Qışqırmaq əvəzinə, tələbimizi nümayiş etdirmək üçün yeni yol tapdıq – bir mahnı vasitəsilə... Musiqinin adı "iqlim ədaləti"dir. Mahnı yerli dildə ifa edilir".

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin