“Bakının memarlığının müxtəlifliyi şəhəri unikal edir” -Pakistanlı müşahidəçi

Hazırda oxunan: “Bakının memarlığının müxtəlifliyi şəhəri unikal edir” -Pakistanlı müşahidəçi

220615

"Görünür ki, Bakıda keçirilən konfrans sizin üçün çox gözəl təcrübə olub”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Pakistanlı müşahidəçi Syed Ali Raza Rizvi bildirib. Onun sözlərinə görə memarlığın müxtəlifliyi, şəhərin təmizliyi və səmimi mühiti Bakını həqiqətən unikal edir:

“Uzun illərdir ki, beynəlxalq tədbirləri təşkil etdiyinizi nəzərə alsaq, həqiqətən təşkilatlılıqda təcrübəli olduğunuzu demək olar. Hələ ki, adət-ənənənizlə yaxından tanış ola bilməmişəm.

Əgər bazar günü şəhəri kəşf etmək şansım olarsa, əla olar. Bakının tarixi yerləri, müasir məkanları və yerli mətbəxi çox zəngindir, gəzib görüləsi yerlər çoxdur".

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin