IFAD prezidenti: “Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm veririk”

Hazırda oxunan: IFAD prezidenti: “Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm veririk”

220519

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Alvaro Larionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və IFAD arasında kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, IFAD prezidenti Alvaro Lari təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri barədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanlarından danışıb. O, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb.
 

Görüşdə IFAD ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, Azərbaycanın yeni aqrar inkişaf strategiyasına uyğun olan layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.


Tərəflər gələcək əməkdaşlıq üçün aqrar sahədə məhsuldarlığın daha da artırılması, fərdi təsərrüfatlara dəstək və ərzaq təhlükəsizliyinin təmin olunması, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqroərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin