COP29-da iştirak etmək üçün Dubaydan Bakıya velosipedlə gələn ekofəaldan AÇIQLAMA

Hazırda oxunan: COP29-da iştirak etmək üçün Dubaydan Bakıya velosipedlə gələn ekofəaldan AÇIQLAMA

220514

“COP29 yürüşümüz oktyabrın 1-də Dubaydan başladı və biz bura 11 noyabrda gəlib çatdıq, yəni təxminən 40 gün ərzində. Bu yürüş zamanı biz 10 ölkəni ziyarət etdik və hər ölkədə icmalarla görüşdük, bir sıra məktəblərə, universitetlərə baş çəkdik, iqlim dəyişikliyinin müxtəlif icmalara təsirini vurğuladıq, eləcə də iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı həll yolları üzrə uğur hekayələrini işıqlandırdıq. Hər bir ölkədə təcrübəmizi bölüşmək və daha çox insanı hərəkətə keçməyə ruhlandırmaq üçün ziyarətlər etdik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri COP29-da iştirak etmək üçün Dubaydan Bakıya velosipedlə gələn misirli ekofəal Ali Abdu Elsayed jurnalistlərə açıqlamasında bildirib.

O, gələcək planlarından da söz açıb:

“Gələn il üçün planım, Baku şəhərindən Braziliyaya COP30 yürüşünə başlamaqdır. Avropa boyunca, buradan başlayaraq Braziliyaya qədər gedəcəyik. Ötən il, COP28 zamanı, yürüşümüzün 2030-cu ilə qədər davam edəcəyi öhdəliyini götürdük. Ümid edirik ki, bu tarixə qədər Yer kürəsini tam olaraq dövrə vurmuş olarıq.

Bu, asan deyil. Əslində, yürüş layihənin ən asan hissəsidir. Layihəni təşkil etmək təxminən bir il çəkir; ölkələr arasında əlaqə qurmaq, tədbirlər təşkil etmək, lazımi icazələri almaq, müxtəlif təşkilatlarla fəaliyyətləri təşkil etmək tələb olunur. Siz həmçinin fərqli mədəniyyətlər, dillər, hava şəraiti və qanunlarla qarşılaşmağa hazır olmalısınız. Odur ki, ziyarət edəcəyimiz ölkələrin hamısını öyrənməli və yürüşün uğurlu olması üçün onlarla birbaşa əlaqə qurmalıyıq”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin