Bolqarıstan Prezidenti: “Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlığımız davam edəcək”

Hazırda oxunan: Bolqarıstan Prezidenti: “Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlığımız davam edəcək”

220489

“Bolqarıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər son dərəcə yaxşı inkişaf edir”.

Bizim.Media xəbər verir ki, bunu COP29-da iştirak edən Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələr təkcə təbii qaz təchizatı sahəsində deyil, yaşıl enerjinin nəqli sahəsində də davam etdiriləcək.

"İlk növbədə, sizi bu forumun gözəl təşkilinə görə təbrik edirəm. Bu forum yaşıl inteqrasiyanın inkişafı üçün müəyyən perspektivlər yaradır. Bu tədbir təkcə yaşıl inteqrasiyanın inkişafı üçün deyil, həm də iqtisadiyyatımızın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Bolqarıstan Prezidenti bildirib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin