Mərakeşin Baş naziri: “İqlim dəyişikliyinin təsirləri Afrikada kəskin şəkildə hiss olunur”

Hazırda oxunan: Mərakeşin Baş naziri: “İqlim dəyişikliyinin təsirləri Afrikada kəskin şəkildə hiss olunur”

220481

“Mərakeş öz enerji kompleksində bərpa olunan enerjinin payını 40 %-ə çatdırıb və bu göstəricini 52 %-ə qaldırmağı hədəfləyir”.

Bizim.Media xəbər verir ki, bunu Mərakeş Krallığının Baş naziri Aziz Axanuş COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
 

O xatırladıb ki, iqlim dəyişikliyinin quraqlıq və s. kimi təsirləri Afrika qitəsində kəskin şəkildə hiss olunur.


Baş nazir vurğulayıb ki, ölkələr iqlimin maliyyəsi və emissiyaların azaldılması məsələsində həmrəylik nümayiş etdirməlidirlər: "Mərakeş su ehtiyatları, bərpa olunan enerji sahəsində böyük layihələr həyata keçirir. Biz sıfır emissiya hədəfinə doğru irəliləməyə davam edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin