Şakvat Mirziyoyev: “İqlim dəyişmələri geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərir”

Hazırda oxunan: Şakvat Mirziyoyev: “İqlim dəyişmələri geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərir”

220395

“Bu gün iqlim dəyişmələri əsas qlobal çağırışa çevrilərək, geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərir”.

Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin plenar iclasında çıxışı zamanı deyib.

Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi tarixi sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik edib. O, müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəal səylərinə dəstəyini ifadə edib.

Özbəkistan Prezidenti yoxsulluğun aradan qaldırılması, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, su və resurslara çıxış problemlərinin dərinləşdiyini qeyd edib:

"İqlim dəyişmələrinin fəsadları Mərkəzi Asiya regionunda kəskin hiss olunur. Onlar əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və milli inkişaf strategiyalarının həyata keçirilməsinə maneə törədir".

Şavkat Mirziyoyevin sözlərinə görə, Paris Sazişi çərçivəsində əsas məqsəd regionda hava temperaturunun qabaqlayıcı artımının qarşısını almaq, onu 1,5-2 dərəcə həddində saxlamaqdır:

"Bu baxımdan Özbəkistanda karbon neytrallığına nail olmaq üçün genişmiqyaslı islahatlar həyata keçirilir. 2030-cu ilə qədər istixana qazı tullantılarının 35 faiz azaldılması planlaşdırılır. 2050-ci ilə qədər bu öhdəliklər genişləndiriləcək. Yaşıl enerjinin payı 40 faizə çatacaq".

Özbəkistan Prezidenti qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasının həyata keçirildiyini də bildirib:

"Bu günlərdə Avropaya yaşıl enerji tədarükünün təşkili haqqında çoxtərəfli saziş imzalanacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin