Azərbaycan Konstitusiyası: “Hər kəs sağlam ətraf mühitdə yaşamalıdır!”

Hazırda oxunan: Azərbaycan Konstitusiyası: “Hər kəs sağlam ətraf mühitdə yaşamalıdır!”

220340

Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur.

Belə ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanıb.1995-ci ilin mayında Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırılıb və layihə 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verilib. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılıb. Referendumda seçicilərin 86 faizi iştirak edib, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, 2009-cu ilin martında, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

Bu il Konstitusiya Günü Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) təsadüf edib.

Bizim.Media xəbər verir ki, COP29-a ev sahibliyi edən Azərbaycanda ətraf mühitin qorunması konstitusiya ilə təmin edilir.

Belə ki, Azərbaycan Konstitusiyasının 39 və 78-ci maddələrində bu məsələ təsbit olunub.

Konstitusiyanın 39-cü maddəsinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

78-ci maddə isə ətraf mühitin qorunması ilə bağlıdır. "Ətraf mühitin qorunması hər bir şəxsin borcudur", - həmin maddədə qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin