“Sputnik Qazaxıstan”:COP29 sədrliyi ilə Azərbaycan 14 təşəbbüs irəli sürüb

Hazırda oxunan: “Sputnik Qazaxıstan”:COP29 sədrliyi ilə Azərbaycan 14 təşəbbüs irəli sürüb

220337

Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29 dünya mətbuatının da diqqətindədir.

“Sputnik Kazaxstan” noyabrın 12-13-də Bakıda təşkil olunan Dünya Liderlərinin İqlim Sammitindən yazıb.

Bizim.Media xəbər verir ki, “Sputnik Kazaxstan”ın məlumatında deyilir ki,  Azərbaycanın paytaxtı BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransına ev sahibliyi edir:

“Mötəbər tədbirə qatılmaq üçün çox sayda ölkə rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri Bakıya toplaşıblar. Tədbirə Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev də qatılıb.

Dünya Liderlərinin İqlim Sammitin əsas müzakirə istiqamətlərindən biri ədalətli və iddialı iqlim maliyyəsi hədəflərinin müəyyən edilməsi olacaq”.
 

Nəşr daha sonra yazır ki, COP29 sədrliyi ilə Azərbaycan yaşıl enerji dəhlizləri və texnologiyaları, təmiz hidrogen inkişafı və yaşıl rəqəmsal infrastruktur da daxil olmaqla davamlı inkişaf və emissiyaların azaldılmasını əhatə edən 14 təşəbbüs irəli sürüb:

“COP29-un  gündəliyinə qlobal istiləşməyə qarşı mübarizədə mövcud vəziyyət və iqlim dəyişikliyi ilə bağlı digər mühüm məsələlər daxildir”.

Qeyd edək ki, “Sputnik Kazaxstan” Dünya Liderlərinin İqlim Sammitinin açılış mərasimini canlı olaraq yayımlayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin