Abed Alrahman: “Azərbaycan ekoloji cəhətdən təmiz ölkədir” – ÖZƏL

Hazırda oxunan: Abed Alrahman: “Azərbaycan ekoloji cəhətdən təmiz ölkədir” – ÖZƏL

220182

"Bu, Azərbaycana ilk gəlişimdir. Burada çox gözəl qonaqpərvərlik gördüm. Ölkə də, konfrans da gözəldir. Gənclərə qərar qəbuletmə prosesində iştirak imkanı verməyiniz çox yaxşıdır. 12 mindən çox gəncin konfransda iştirak edib, dünya üzrə önəmli məsələlərdə qərarvermə prosesinə qoşulmasını daha əvvəl görməmişik".

Bu sözləri Bizim.Media-ya COP29-un iordaniyalı müşahidəçisi Abed Alrahman Alzohul deyib.

O, Azərbaycanın onda xoş təəssürat yaratdığını bildirib:

"Bura gələnə qədər Azərbaycan haqqında kiçik şeylər eşitmişdim, amma fikrim dəyişdi. Ölkəni tamamilə fərqli gördüm. Çox gözəl yerlər var, insanlar çox yaxşı və xoşrəftardırlar. Yəni, burada xüsusi bir şey var. Ölkəniz ekoloji cəhətdən 100% təmizdir, insanların davranışları da çox yaxşıdır".

Abed Alrahman COP29 haqqında gözləntilərinin yüksək səviyyədə olduğunu qeyd edib:

"Bu il Azərbaycanda keçirilən bu konfransda iştirak etdiyimiz üçün çox həyəcanlı və xoşbəxtik ".

Nuray, Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin