COP29 üçün olan elektrikli avtobuslar sərnişinlərin İSTİFADƏSİNƏ VERİLƏCƏK?

Hazırda oxunan: COP29 üçün olan elektrikli avtobuslar sərnişinlərin İSTİFADƏSİNƏ VERİLƏCƏK?

219903

İlk dəfə COP29 zamanı istifadə olunacaq elektrikli avtobuslar tədbir bitdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA tərəfindən COP29 zolaqlarına təşkil edilmiş media tur zamanı AYNA-nın mətbuat katibi Tural Orucov deyib.

O bildirib ki, ölkəyə 160 ədəd elektrik mühərrikli avtobus gətirilib:

"Bu avtobuslar ilk dəfə COP29 zamanı istifadə ediləcək. Tədbir bitdikdən sonra həmin avtobuslar sərnişinlərin ixtiyarına veriləcək", - o qeyd edib.
 

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin