COP29-da Ombudsman təsisatı tərəfindən panel müzakirələr TƏŞKİL EDİLƏCƏK

Hazırda oxunan: COP29-da Ombudsman təsisatı tərəfindən panel müzakirələr TƏŞKİL EDİLƏCƏK

219417

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Ombudsman Aparatından Bizim.Media-ya bildirilib ki, görüşdə müvəkkil Azərbaycan ilə Çin arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf etdirildiyini, hər iki ölkə tərəfindən bir sıra mühüm əhəmiyyət daşıyan birgə layihələrin həyata keçirildiyini bildirib.

Ombudsman mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti, eləcə də əldə olunmuş müsbət təcrübələr barədə qonağa geniş məlumat verib.

Bu fəaliyyətin daha da təkmiləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın da vacib rol oynadığını vurğulayan müvəkkil müxtəlif beynəlxalq təsisatlar, eləcə də vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv təsisatlarla səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu söyləyib.

S.Əliyeva, həmçinin bir sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə anlaşma memorandumlarının imzalandığını, bir sıra önəmli layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, bu istiqamətdə Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

Müvəkkil yaxın günlərdə ölkəmizdə COP29-un keçiriləcəyini qeyd edib, bu müddət ərzində Ombudsman təsisatı tərəfindən panel müzakirələrin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
 

Liu Xuexin cari il iki ölkənin dövlət başçılarının görüşünün keçirildiyini, ölkələr arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunduğunu məmnunluqla xatırladıb. O, Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasındakı münasibətlərin də genişləndirilməsində maraqlı olduğunu qeyd edib.


Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin