80-dən çox dövlətin lideri BAKIYA GƏLƏCƏK

Hazırda oxunan: 80-dən çox dövlətin lideri BAKIYA GƏLƏCƏK

219355

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Bizim.Media xəbər verir ki, bu tarixlərdə dövlət və ya hökumət başçıları milli bəyanatlarla çıxış etməyən tərəflər, 19-20 noyabr tarixlərində keçiriləcək yüksək səviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər.

Sammitin ilk günündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Polşa Prezidenti Andjey Duda, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Bolqarıstan Prezidenti Rumen Radev, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və digərlərinin çıxışları gözlənilir.
 

Həmçinin İspaniya Baş naziri Pedro Sançes, Belçikanın Baş naziri Aleksandr De Kroo və Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın Kansleri Olaf Şolts və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud bəyanatlarla çıxış edəcəklər.


Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri, Monqolustan Prezidenti, Braziliya, Tanzaniya və Anqolanın vitse-prezidentləri, Yunanıstan, Xorvatiya, Malta, İtaliya, Gürcüstan, Macarıstan, Albaniya, Pakistan, Rusiya, Niderland, Danimarka və digər ölkələrin Baş nazirləri çıxış edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin