Ceyhun Bayramov iraqlı həmkarına COP29-a hazırlıqla bağlı məlumat verdi

Hazırda oxunan: Ceyhun Bayramov iraqlı həmkarına COP29-a hazırlıqla bağlı məlumat verdi

219225

Xarici işlər naziri Ceyhun Bayramovla İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.


Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin