Metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini DAVAM ETDİRƏCƏK?

Hazırda oxunan: Metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini DAVAM ETDİRƏCƏK?

218906

Xəbər verdiyimiz kimi, COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə  "Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında tibb məntəqələrinin təşkil edildiyi bildirilib.

Nəzərə almaq lazımdır ki, metroda tez-tez halı pisləşənlərin sayı az deyil. Bu baxımdan tibb məntəqələrinin COP29-dan sonra da fəaliyyətinə davam etməsi sərnişinlər tərəfindən arzuolunandır.

Bəs bu məntəqələr COP29-dan sonra fəaliyyətini davam etdirəcək?

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq məsələnin TƏBİB-in səlahiyyətində olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

COP29-a görə bu metrostansiyalarda tibb məntəqələri YARADILIB - RƏSMİ


TƏBİB-dən isə sualımıza sükutla cavab verilib.  

Görünən qədərilə, COP29-dan sonra tibb məntəqələrinin qeyd olunan metrostansiyalarda fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin