NİİM rəisi: COP29 zamanı bölgələrdən gələn avtomobillərə məhdudiyyət tətbiq olunmayacaq

Hazırda oxunan: NİİM rəisi: COP29 zamanı bölgələrdən gələn avtomobillərə məhdudiyyət tətbiq olunmayacaq

218842

COP29-un keçiriləcəyi günlərdə bölgələrdən Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.

NİİM-in rəisi qeyd edib ki, rayonlardan gələrkən postlarda hər hansı yoxlama olmayacaq.

“Tədbir günlərində gedişata uyğun olaraq bəzi yollarda postlar qurula və məhdudiyyətlər tətbiq oluna bilər. Bu zaman alternativ yollar təklif olunacaq. Məhdudiyyətlər tətbiq olunan həmin postlarda da fasilələrlə nəqliyyat vasitələri buraxıla bilər”, - deyə Namidan Piriyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin