Ruanda Prezidenti COP29-da iştirak EDƏCƏK

Hazırda oxunan: Ruanda Prezidenti COP29-da iştirak EDƏCƏK

218631

Ruanda Respublikasının Prezidenti Pol Kaqame COP29-da iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbulu zamanı deyib.

Dövlət başçısı bu tədbirin önəminə toxunub, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini deyib.

Çarlz Kayonqa Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlət başçısına çatdırıb və qeyd edib ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin