COP29-dan əvvəl Azərbaycanda yaşıl binaların tikintisi üzrə yol xəritəsi TƏQDİM OLUNACAQ

Hazırda oxunan: COP29-dan əvvəl Azərbaycanda yaşıl binaların tikintisi üzrə yol xəritəsi TƏQDİM OLUNACAQ

217471

Ötən il Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) maliyyə portfeli 43 milyard dollar təşkil edib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının Dayanıqlı maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” konfransında deyib.

O bildirib ki, bu məbləğin 14 milyard dolları dayanıqlı yaşıl maliyyəyə yönəldilib, eyni zamanda, dayanıqlı inkişaf və iqlim ilə bağlı layihələrə də 15 milyard dollar cəlb edilib.
 

“IFC olaraq, həmçinin Mərkəzi Bank ilə bir neçə istiqamət üzrə əməkdaşlıq edirik. Yaxın gələcəkdə IFC yaşıl tikinti sektoru üçün yeni tənzimləmə və dəstək mexanizmi yaratmağı planlaşdırır. Bu, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi ilə bağladığımız memorandumun nəticəsi olacaq. 


Azərbaycanda yaşıl binaların tikintisi üzrə yol xəritəsi hazırlanacaq və təqdim olunacaq. Yol xəritəsinin COP29-dan əvvəl təqdim ediləcəyi gözlənilir”, - deyə L.Hüseynli qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin