Muxtar Babayev ABŞ-da COP29-a hazırlıq üzrə yol xəritəsini nəzərdən keçirib - FOTO

Hazırda oxunan: Muxtar Babayev ABŞ-da COP29-a hazırlıq üzrə yol xəritəsini nəzərdən keçirib - FOTO

213599

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev ABŞ-ın Nyu-York şəhərində iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.

Bildirilib ki, müzakirələr İqlim Həftəsi çərçivəsində, COP28-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin İqlim üzrə Nümayəndəsi Sultan Əhməd Əl Caberin iştirakı ilə baş tutub. Tərəflər COP29-a hazırlıq üzrə yol xəritəsini nəzərdən keçirib.

Görüşdə COP28-in nəticələrinə əsaslanaraq, prioritetlərin uyğunlaşdırılması, iqlim maliyyəsi, dayanıqlıq və davamlılıq məqsədləri üzrə qlobal səviyyədə iddialı iqlim tədbirləri və əhəmiyyətli irəliləyişlərə nail olunması da müzakirə olunub.

Qeyd edək ki, Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) cari ilin noyabr ayında Bakıda keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin