İƏGF Avrasiya Regional Mərkəzi Azərbaycanın irəli sürdüyü "COP Atəşkəs Müraciətini" DƏSTƏKLƏDİ - FOTO

Hazırda oxunan: İƏGF Avrasiya Regional Mərkəzi Azərbaycanın irəli sürdüyü "COP Atəşkəs Müraciətini" DƏSTƏKLƏDİ - FOTO

212979

Beynəlxalq Sülh günü münasibətilə COP29 Prezidentliyi tərəfindən COP29 ayı ərzində qlobal atəşkəs çağırışına yönəlik “COP Atəşkəs Müraciəti” adlı mühüm təşəbbüsü rəsmi olaraq elan edilib. 

Bizim.Media xəbər verir ki, bu təşəbbüs sülh və iqlim tədbirlərinin ayrılmaz əlaqəsini vurğulayır, münaqişə və ekoloji tənəzzül böhranları ilə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığa çağırır. 

Bu müraciət haqqında daha ətraflı məlumat linkində öz əksini tapıb.

“COP Atəşkəs Müraciəti” təşəbbüsünə cavab olaraq, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi) Avrasiya bölgəsindəki İslam ölkələrindən 100-dən çox gənclər və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirən mühüm onlayn görüş təşkil edib.

Görüşün əsas mövzusu “COP Atəşkəs Müraciəti”nə kollektiv dəstəyin ifadə edilməsi, qlobal münaqişə və iqlim dəyişikliyi ilə birgə mübarizənin vacibliyinin vurğulanması olub.

Tədbir, “COP Atəşkəs Müraciəti”ni dəstəkləyən və beynəlxalq əməkdaşlığa çağıran rəsmi bəyanatın qəbul edilməsi ilə nəticələnib. Bu bəyanat Azərbaycan, Pakistan, Özbəkistan, Qırğızıstan, Rumıniya, İndoneziya, Tatarıstan (Rusiya Federasiyası), Albaniya və Bosniya və Herseqovinanı təmsil edən 100-dən çox təşkilat tərəfindən dəstəklənir. 

Bəyanatın tam mətni ilə burada tanış olmaq olar:

Görüşdə bir sıra beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri çıxış ediblər. Onlar arasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli, “Şəhrizad” Fondunun prezidenti və İƏGF Avrasiya Regional Mərkəzi idarə heyətinin üzvü Vaciha Haris (Rumıniya), İndoneziya Milli Gənclər Şurasının sədri Tantan Taufiq Lubis, Bosniya və Herseqovina Parlamentinin üzvü və Demokratik Fəaliyyət Partiyası Gənclər Birliyinin sədri Haris Sabahoviç, Özbəkistan Könüllülər Assosiasiyasının sədri Şirin Abidova, Pakistanın Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Əhsən Həmid Durrani və İƏGF Katibliyinin Baş Direktoru Yunus Sönməz də iştirak ediblər.
 

Beynəlxalq iştirakçılar öz çıxışlarında “COP Atəşkəs Müraciətinin” böyük əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsün yalnız münaqişələrin sayının azalmasına deyil, həm də insan fəaliyyəti və ekoloji laqeydlik səbəbindən təhdid altında olan kövrək ekosistemlərin qorunmasına xidmət edəcəyini qeyd ediblər.


Bu müraciət həm ekoloji qoruma, həm də qlobal sülh istiqamətində vacib addım kimi dəyərləndirilib.

Qeyd edək ki, İƏGF Avrasiya Regional Mərkəzi, öz üzvləri və tərəfdaşları ilə birlikdə, “COP Atəşkəs Müraciətinin” məqsədlərinə çatmağı hədəfləyir, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarını səfərbər etməyə davam edərək, bu mühüm təşəbbüs ətrafında kollektiv fəaliyyətin artırılmasına və maarifləndirmənin yüksəldilməsinə töhfə verməyi planlaşdırır.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin