Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, pandemiyanın ikinci ili birinci illə müqayisədə daha çox insan ölümü ilə nəticələnə bilər.
Bizim.Media "report"a istinadla xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
"COVID-19 artıq 3,3 milyon nəfərdən çox insanın ölümünə gətirib çıxardı və biz pandemiyanın ikinci ilinin birinci illə müqayisədə daha çox öldürücü ola biləcəyinə gedən yoldayıq", - o deyib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun “Hindistan” ştammı da gəlir – ÜST-dən XƏBƏRDARLIQ
Qebreyesus həmçinin bildirib ki, koronavirusa yoluxma və ölüm faizi bütün dünyada nəzarətdən çıxıb. Onun sözlərinə görə, virusa ən çox yoluxma və ölüm faizinin azalması Şimali və Cənubi Amerikada, həmçinin Avropada müşahidə olunur.
COVID-19-a yoluxma və ölüm sayında güclü artım Asiyada, ilk növbədə cənub-şərq regionunda və xüsusilə Hindistanda özünü göstərir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.
ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim.Media