UNFCCC-nin texniki missiyası COP29-a hazırlıqla bağlı Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Hazırda oxunan: UNFCCC-nin texniki missiyası COP29-a hazırlıqla bağlı Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

210460

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesinin gedişatını qiymətləndirmək məqsədilə sentyabrın 6-dan 9-dək ölkəmizdə səfərdədir.

Bizim.Media xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisindən məlumat verilib.

Səfərin ilk günü missiyanın rəhbəri UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşüb.

Görüşdə tərəflər mötəbər tədbirə hazırlıq çərçivəsində bir sıra intensiv əməliyyat proseslərinin statusu, tədbir məkanının müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və digər təşkilati məsələləri müzakirə ediblər. 

Eyni zamanda, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon COP29 ƏŞ-nin müvafiq nümayəndələri ilə görüşərək konfransın təhlükəsizlik məsələlərinin təmin edilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıb. Daha sonra missiya üzvləri geniş tərkibdə tədbirin keçiriləcəyi məkana - Bakı Stadionuna baş çəkiblər. Burada onlar tamamlanmış və inşası davam edən tikinti və əməliyyat prosesləri ilə əyani tanış olublar.

Səfərinin ilk günündə nümayəndə heyəti, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün təşkil olunmuş brifinqə də qatılıblar.

Qeyd edək ki, üçgünlük səfər çərçivəsində hazırlıq prosesinin bütün istiqamətlərinin əhatə olunması üçün müvafiq missiya nümayəndələrinin tədbir məkanında COP29 Azərbaycan ƏŞ-nin aidiyyəti struktur rəhbərləri və müxtəlif dövlət qurumları ilə görüşləri davam etdiriləcək.

Bununla yanaşı, konfransa qatılacaq çoxsaylı nümayəndələr üçün şəhərdə yaradılan qonaqlama, qidalanma və nəqliyyat imkanlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məkanlarının ziyarət edilməsi də planlaşdırılıb. Belə ki, texniki missiya nümayəndələrinin paytaxtdaki otel və rezidensiyalara baş çəkərək yaradılan şərait və imkanların müvafiq tələblərə cavab verməsinin müəyyənləşdirilməsi, qidalanma sahəsində mövcud imkanlar və keytrinq xidmətləri ilə də tanış olmaları planlaşdırılıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin