Şamaxıda 10 yaşlı uşağı MAŞIN VURDU - Vəziyyəti ağırdır

Hazırda oxunan: Şamaxıda 10 yaşlı uşağı MAŞIN VURDU - Vəziyyəti ağırdır

Şamaxı rayonunda 10 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı maşın tərəfindən vurulub və vəziyyəti ağırdır. Yaralı təcili tibbi yardım alaraq Bakıdakı xəstəxanaya aparılıb, kəllə-beyin travması diaqnozu qoyulub.
209202

Şamaxı rayonunda 10 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü C.Məmmədov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin