Özbəkistan Prezidenti: COP29-da iştiraka ciddi hazırlaşırıq

Hazırda oxunan: Özbəkistan Prezidenti: COP29-da iştiraka ciddi hazırlaşırıq

Özbəkistan Prezidenti COP29 tədbirinə ciddi hazırlaşır və Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq məqsədi ilə iştirak edəcəyi barədə danışıb.
207991

Azərbaycanın beynəlxalq nüfuzu artır, bu il Azərbaycan dünyanın ən böyük tədbirlərindən biri olan COP29-u qəbul edəcək. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib. 

Şavkat Mirziyoyev deyib ki, bu, regionumuzda keçirilən ilk belə böyük sammitdir. 

“Bu, bir daha sizin uğurlu xarici siyasətinizin göstəricisidir. Sizə böyük uğurlar arzulayıram. Biz də çox ciddi şəkildə bu sammitə hazırlaşırıq”, - Özbəkistan lideri vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin