Azərbaycan Serbiyanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməyə dəvət edib.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
“Bu fürsətdən istifadə edərək, biz Serbiyanı bu konfransın işində fəal iştirak etməyə dəvət edirik”, - o vurğulayıb.
Xatırladaq ki, bu ilin noyabr ayında Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Hər il keçirilən “Conference of the Parties” (COP) konfransı - BMT-nin 1992-ci ildə qəbul edilən İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsaslanır və hazırda 185 ölkə tərəfindən qəbul edilib. Ənənəvi olaraq hər il keçirilən konfrans zamanı tərəfdaş ölkələr İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris İqlim Sazişinin müddəalarının icraatının baxılmasına və yeni beynəlxalq hüquqi aktların işlənib hazırlanma, o cümlədən həyata keçirilməsinə dair qərarlar qəbul edirlər.
Bizim.Media
- A-
- A
- A+
COP29
13:57 / 25.07.2024
Azərbaycan Serbiyanı COP29-a DƏVƏT ETDİ
Hazırda oxunan: Azərbaycan Serbiyanı COP29-a DƏVƏT ETDİ
Hazırda oxunan: Azərbaycan Serbiyanı COP29-a DƏVƏT ETDİ
Azərbaycan Serbiyanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməyə dəvət edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun bildirdiyinə görə, bu dəvət Serbiya və Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafı üçün önəmli bir addımdır.
203538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.