“Bu cür hallar olarsa ikinci dozanı vurdurmayın” - VİDEO

Hazırda oxunan: “Bu cür hallar olarsa ikinci dozanı vurdurmayın” - VİDEO

19994

“Peyvəndin vurulduğu xəstəxanalar bütün tibbi avadanlıqlarla təchiz edilməlidir. Çünki nəsə bir reaksiya baş verərsə pasiyentlərə erkən müdaxilə olunmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində həkim Nuranə Hacıağayeva deyib.

Bildirib ki, vaksin edilən insanlar ən az 30 dəqiqə xəstəxanada gözləməlidir:

''Əgər birinci dozadan sonra hər hansı reaksiya, halsızlıq baş verərsə, ikinci dozanı  vurdurmağa ehtiyac yoxdur''.

Həkim koronavirus qarşı gənclərin orqanizminin daha dayanıqlı olduğunu vurğulayıb:

“Gənclərin 90 faizi bu xəstəliyi rahat keçirir. Amma yaşlılarda antitel daha gec və az yaranır.  Əgər antitellər çox olarsa və tez yaranarsa koronavirusa qarşı qoruyuculuq artır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin