Göz rəngi ilə əlaqəli genlərin çoxu melanin adlı piqmentin istehsalında, daşınmasında və ya saxlanmasında iştirak edir. Araşdırrmalara görə, göz rəngi irisin (gözə rəng verən damar nahiyəsinə verilən ad) ön təbəqələrindəki melaninin miqdarı ilə birbaşa əlaqəli hesab edilir. Qəhvəyi gözlü insanların irislərində çoxlu melanin olduğu halda, mavi gözlü insanlarda bu piqment çox azdır. Bu səbəbdən qəhvəyi rəng dünyada ən çox yayılmış göz rəngidir.
Bu deyilənlər həqiqəti nə dərəcədə əks etdirir?
Həkim Adil Qeybulla Bizim.Media-ya bildirib ki, göz rəngi genetik məsələdir:
“Zaman-zaman müxtəlif göz rəngi olan insanlar evlənəndə uşaqlarının gözü dominant olaraq tünd rəngə meyillənir. Ümumiyyətlə isə, bir qayda olaraq müəyyən olunub ki, şimal tərəfdə göy və açıq, cənubda isə tünd rəngli gözü olan adamlar yaşayır. Yəqin bu da ona görədir ki, lap qədim vaxtlarda insanlar qruplaşaraq ayrı-ayrı yerlərdə məskən salıblar”.
Həkimin sözlərinə görə, gözdə əsas zülalın yaratdığı rəng önəmlidir:
“Məsələn, insan ağlayanda göz rəngləri daha parıltılı olur. Dünyada ən çox yayılan göz rəngi qəhvəyidir, daha sonra göy və növbəti isə yaşıldır. Dünyada ən nadir rast gəlinən göz rəngi bənövşəyidir. Belə ki, bənövşəyi gözlü insanların sayı dünyada 1000 nəfər civarındadır.
Bunlar hamısı genetik mutasiya ilə izah olunur. Göz rənginin görmə funskiyasına heç bir aidiyyatı yoxdur. Açıq göz rənginə malik olan insanlar gecə obyektləri daha yaxşı görürlər. Bu onunla bağlıdır ki, o gözlərdə xromotoforlar var. Xromotoforlar piqment hüceyrələridir və onlar açıq göz rəngi olan insanlarda daha nazik olur. Bu da görmə itiliyinə müsbət təsir edir”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
15:00 / 30.06.2024
Rəngli gözlərdə piqment çatışmazlığı nəyin əlamətidir? – Professordan maraqlı AÇIQLAMA
Hazırda oxunan: Rəngli gözlərdə piqment çatışmazlığı nəyin əlamətidir? – Professordan maraqlı AÇIQLAMA
Hazırda oxunan: Rəngli gözlərdə piqment çatışmazlığı nəyin əlamətidir? – Professordan maraqlı AÇIQLAMA
Rəngli gözlərdə piqment çatışmazlığı nəyin əlamətidir? Genetik mənbələrlə bağlı maraqlı açıqlamalar.
199621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.