“Müharibələr dəhşətli xəstəliklərə səbəb olur” – Professordan SENSASİON AÇIQLAMA 

Hazırda oxunan: “Müharibələr dəhşətli xəstəliklərə səbəb olur” – Professordan SENSASİON AÇIQLAMA 

Son illərdə müharibələr dünyanı öz ağuşuna alıb. İnsanların sağlamlığını təsir edən müharibələrin bəzi xəstəliklərə səbəb olduğunu tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlayıb. Müharibələrin genofon üzərindəki təsirini də qiymətləndirib
198993

Son illərdə müharibələr dünyanı öz ağuşuna alıb. “Müharibə ocaq”larının sayı ildən-ilə artır, insanlar həyatını itirir, dünyanın siyasi xəritəsi dəyişir. 

Bəs görəsən, yaşadığımız planetdə baş verən müharibələr insan sağlamlığına təsir edirmi? Bu toqquşmalar xəstəliklər törədirmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, mövcud müharibələrdə kütləvi qırğın silahlarından istifadə ediləcəyi təqdirdə dünyanı dəhşətli xəstəliklər gözləyir:

“Kütləvi qırğın silahları çox böyük insan itkisi ilə nəticələnə bilər. Ona görə də bu silahların istifadəsi Helsinki Konvensiyasına əsasən qadağandır. Ənənəvi silahların sağlamlığımıza təsirlərinə gəldikdə, burada əsas faktorlardan biri stresdir. İnsanların daim qorxu altında qalması stresin birnömrəli səbəbkarıdır”.

Ekspert müharibələrin və ənənəvi silahların bəzi xəstəliklərə səbəb olduğunu deyib: 

“Böyükmiqyaslı silahlı toqquşmalardan sonra insanlarda mədə xorası və nevroz kimi xəstəliklər müşahidə edilir. Kütləvi qırğın silahlarının istifadəsi isə pandemiyalara səbəb ola bilər. Müharibələrin genofonda təsiri qaçılmazdır. Fikrimcə, prosesə gedən yolların qarşısını almağa çalışmalıyıq”. 

Məhərrəm Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin