Qanın durulması üçün istifadə edilən dərmanla bağlı həkimdən SENSASİON AÇIQLAMA 

Hazırda oxunan: Qanın durulması üçün istifadə edilən dərmanla bağlı həkimdən SENSASİON AÇIQLAMA 

Qanın durulması üçün istifadə edilən 'kardiomaqnil' dərmanının sağlamlığa olan təsirini həkim açıqlayıb. Həkimin dediyinə görə, dərmanın uzun müddət istifadəsində insanın artilleriya təzyiqi yüksəlməyə başlaya bilər və mədə-bağırsaq sisteminin müdafiə sistemini məhv edə bilər.
198478

Qanın laxtalanmasına qarşı qəbul edilən “kardiomaqnil” dərmanını uzun müddət istifadə etdikdən sonra insanın artilleriya təzyiqi yüksəlməyə başlayır. Mədə-bağırsaq sisteminin müdafiə sistemini məhv edərək qanaxma yaradır”.

Bu açıqlamanı Bizim.Media-ya ağrıkəsicilərdən danışarkən həkim-terapevt Rasif Bağırov qeyd edib.

Onun sözlərinə görə “Kardiomaqnil”in mənfi tərəfləri olduğu halda, hər gün reklamlarını görürük:

“Maraqlısı budur ki, ziyanları haqda heç kim heç nə demir. Bu gün insanlar “Kardiomaqnil” dərmanını qanın durulması üçün istifadə edirlər . Amma bu dərman lap əvvəllər ağrıkəsici maddə kimi kəşf edilib.
Bu dərman bədəndən duzların xaric olmasını ləngidir və metabolik sendromun yaranmasına gətirib çıxarır. Həmin o metabolik sendrom insan orqanizmndə şəkər xəstəliyindən tutmuş bir çox xəstəliklərə gətirib çıxarır. Bunu da qeyd etmək lazımdır ki, “Kardiomaqnil” dərmanını istifadə edən insanlarda qığırdaq sintezinin pozulması  halı ilə də qarşılaşırıq”, - deyə həkim əlavə edib.

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin