Saçların ağarması hər bir insanda qaçılmaz olan qocalma əlamətinin bir parçasıdır. Ancaq hər bir insanda saçlarını əvvəlki gözəlliyinə və rənginə qaytarmaq istəyi tez-tez baş qaldırır. Çox zaman da bunun üçün müxtəlif üsullara əl atılır.
Bəs saçların ağarmasını dayandırmaq həqiqətən mümkündürmü?
Elm deyir ki, ağ saçlar piqment istehsalına cavabdeh olan melanositlər aktiv olmağı dayandırdıqda baş verir. Bu sahədə aparılan araşdırmalar göstərir ki, prosesi ləngitmək olar.
Lakin genetik faktorun müdaxiləsi olmadan onu tamamilə dayandırmaq olmaz.
Bu günə qədər itirilmiş saç piqmentini bərpa etmək üçün elmi cəhətdən sübut edilmiş üsullar yoxdur. Bununla belə, bəzi üsullar vəziyyəti qismən yaxşılaşdırmağa kömək edə bilər. Onlardan bəzilərini təqdim edirik:
Pəhriz və əlavələr
Antioksidantlarla zəngin balanslaşdırılmış qidalanma saçınızı sağlam saxlamağa və ağarma prosesini yavaşlatmağa kömək edə bilər. B vitaminləri, həmçinin sink və mis əlavələri saçın təbii rəngini qorumaq üçün əlvirişli vasitələrdir.
Saça qulluq
Ağ saçlar üçün nəzərdə tutulmuş şampunlar və kondisionerlərdən istifadə ağ saçları kamuflyaj etməyə kömək edə bilər. Onları daha az nəzərə çarpan edir, lakin hüceyrə səviyyəsində saç rəngini dəyişdirmir.
Stress və həyat tərzi
Stress və müəyyən həyat tərzi seçimləri ağarma prosesini sürətləndirə bilər. Stressin azaldılması və aktiv həyat tərzinin davam etdirilməsi ümumi rifah üçün faydalı olsa da, hazırda bu amillərin ağ rəngi dayandıra və ya geri qaytara biləcəyinə dair birbaşa sübut yoxdur.
Tibbi və kosmetik prosedurlar
Saç boyaları və qalıcı rəngləmə ağ saçları gizlətmək üçün əsas üsul olaraq qalır.
Kosmetologiya sahəsindəki inkişaf saç rəngini bərpa etməyi vəd edən müxtəlif serumlar və losyonlar da təklif edir. Lakin onların əksəriyyəti müvəqqəti təsir göstərir.
Orijinal saç rənginə qayıtmaq müasir elmin hələ yerinə yetirə bilmədiyi bir xəyal olaraq qalır.Ağ saç probleminə yanaşmada ən yaxşı üsul saça qayğı, sağlam həyat tərzidir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
16:28 / 19.06.2024
Saçın ağarmasını dayandırmaq, yaxud rəngini geri qaytarmaq mümkündürmü? - HƏQİQƏT və MİFLƏR
Hazırda oxunan: Saçın ağarmasını dayandırmaq, yaxud rəngini geri qaytarmaq mümkündürmü? - HƏQİQƏT və MİFLƏR
Hazırda oxunan: Saçın ağarmasını dayandırmaq, yaxud rəngini geri qaytarmaq mümkündürmü? - HƏQİQƏT və MİFLƏR
198009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.