\'\'Reanimasiyadakıların çoxu 30-40 yaş arası insanlardır\'\' - Azərbaycanda koronavirusla bağlı VƏZİYYƏT

Hazırda oxunan: \'\'Reanimasiyadakıların çoxu 30-40 yaş arası insanlardır\'\' - Azərbaycanda koronavirusla bağlı VƏZİYYƏT

19650

“Koronaviruslu xəstələrlə işlədiyim zaman müşahidələrimə əsasən, kişi və qadın nisbəti eyni idi”. 

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, xəstələr əvvəl daha çox 50 yaşdan yuxarı idi:

“Burada 60 yaşdan yuxarı şəxslər daha üstünlük təşkil edirdi. Hazırda cavan adamların yanaşı ciddi xəstəliyi olmasa belə, vəziyyəti ağırlaşır və reanimasiyaya düşür. Həyatını itirənlər də var. Bunlar daha çox 30-40 yaş arası insanlardır”. 

Həkim qeyd edib ki, 2021-ci ilin əvvəlindən, əsasən mart-aprel aylarından koronavirusun üçüncü dalğası zamanı xəstəxanaya müraciət edənlərdə klinika ağır olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin