Əhaliyə XƏBƏRDARLIQ – Bu şəxslər diqqətli OLSUNLAR

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ – Bu şəxslər diqqətli OLSUNLAR

31 may-1 iyun tarixlərində geomaqnit qasırğası gözlənilir. Bakı Dövlət Universitetindən məlumat alındı. Maqnit qasırğasının insan sağlamlığına təsiri haqqında ətraflı məlumat.

194861

31 may-1 iyun tarixlərində geomaqnit qasırğası gözlənilir. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq. Mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək.

Bu periodda geomaqnit şəraiti göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək. Qasırğanın mayın 31-i axşam saat 20.00-dan başlayaraq iyunun 1-i saat 14.00-dək davam edəcəyi proqnozlaşdırılır.

Güclü maqnit qasırğaları qısa dalğalı rabitəni və naviqasiya sistemlərinin işini pozur, sənaye şəbəkələrində gərginliyin pozulmasına səbəb olur. Eyni zamanda bu insan sağlamlığına da ciddi təsir edir. Çox vaxt belə günlərdə insanlar sağlamlıqlarının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın pozulmasından, yuxunun pozulmasından şikayətlənirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin