Azərbaycanda daha 1 307 nəfər koronavirusa yoluxdu - 27 xəstə öldü

Hazırda oxunan: Azərbaycanda daha 1 307 nəfər koronavirusa yoluxdu - 27 xəstə öldü

19282

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 307 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4 429 nəfər vəfat edib. 27 904 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, bu günə qədər isə ümumilikdə 3 206 917 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin