Koronavirus idmançıları sevmir

Hazırda oxunan: Koronavirus idmançıları sevmir

1919

İdmanla məşğul olmaq koronavirusa yoluxma riskini aşağı salır.

ATU-nun dosenti, həkim Eldar Ələkbərov Bizim.Media-ya müsahibəsində belə deyib. Həkim bildirir ki, idman hərəkətləri etdikdə tənəffüs yaxşılaşır, ağciyərlərin vintilyasiyası normallaşır:

“Xüsusilə də açıq havada idmanla məşğul olmaq daha faydalıdır. Ağciyərlərə oksigen axını çoxalır, ağciyərin fəaliyyəti yaxşılaşır. Beləcə insanın koronavirusa yoluxma riski də aşağı düşür. Hətta yoluxsa belə yüngül keçirmə ilə nəticələnir".

Həkim həmçinin eynək taxmaqla da koronavirusdan qorunmağı tövsiyyə edir: “İnfeksiyanın göz vasitəsilə yoluxması faktı da sübut olunduğundan, maska ilə yanaşı eynək taxmaq da tövsiyyə olunur”.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin