Koronavirusdan sonra iybilməni bərpa etmək üçün TƏBİİ ÜSUL

Hazırda oxunan: Koronavirusdan sonra iybilməni bərpa etmək üçün TƏBİİ ÜSUL

18887

Koronavirusdan sonra yaşanılan qoxu problemi xəstələrin 10 faizində daha uzun müddət davam edir.

Bizim.Media xəbər verir ki, türkiyəli həkim Yusuf Muhammed Durna bunula bağlı bir sıra məsləhətlər verib.

“Limon, kəklikotu, nanə yağı, qərənfil kimi maddələrlə 12 həftəyə qədər məşq etməyi məsləhət edirik. Koronavirusa yoluxan insanların ən böyük problemlərindən biri qoxu və dadbilməni itirmələridir.

Bu problem xəstəliyin sonrakı 6 ayında qoxuları fərqli alma kimi də davam edə bilər. Bu müddətdə xəstələrə qoxu məşqlərini məsləhət edirik.

Qoxu problemi koronavirusdan sonra ilk 2 həftədə 70-80 faiz düzəlir.

Qoxu məşqləri etmək üçün xüsusən kəskin qoxulardan istifadə edilməlidir.

Bunlar limon, kəklikotu, nanə yağı, qərənfil kimi uçucu yağlardır. Gün ərzində 2-3 dəfə 10 - 30 saniyə bu məşqləri məsləhət görürük.

Belə ki, həmin qoxunu iyləyirik və daha sonra geri veririk.

Buarad əsas məqsəd o bölgəni çalışdırmaqdır. Müalicədə səbrli olmaq lazımdır. 6 aya qədər heç nəticə almayan xəstələrimiz olur. Dediklərimizi edənlər isə tez bir zamanda sağalırlar”.(medicina)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin