Şimali Kipr, Türkiyə və Azərbaycan tibb sahəsində imkanlarını birləşdirir

Hazırda oxunan: Şimali Kipr, Türkiyə və Azərbaycan tibb sahəsində imkanlarını birləşdirir

188050

Şimali Kipr, Türkiyə və Azərbaycan tibb sahəsində imkanlarını birləşdirməlidir.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Şimali Kipr Prezidenti Ersin Tatar Türkiyə-Azərbaycan və Şimali Kipr arasında birgə Pediatriya Təhsil Toplantısının açılışında çıxışı zamanı deyib.

O, sözügedən iclasın əhəmiyyətindən danışaraq bildirib ki, bu, Şimali Kiprin səsinin dünyaya çatdırılması və tibb sahəsində əməkdaşlığın inkişafı baxımındna vacibdir: “Bu toplantı əlaqələrimizi gücləndirəcək”.

E.Tatar bildirib ki, Şimali Kiprə Türkiyə ilə yanaşı, Azərbaycandan da həkimlər gəlir:

“Bu, Şimali Kiprdə tibbin inkişafına töhfə verir. Üç ölkə bu sahədə imkanlarını birləşdirməlidir. Tibb sahəsində fikir mübadiləsi və əməkdaşlıq Türk dünyasına böyük fayda verəcək”.

Qeyd edək ki, Türkiyə-Azərbaycan və Şimali Kipr arasında birgə Pediatriya Təhsil Toplantısı aprelin 21-də başa çatacaq. İclasda çox sayda nüfuzlu tibb alimləri və həkimlər iştirak edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin