Tanınmış uroloq: “Prostatitə vaxtında müdaxilə olunmasa, xərçəng riski yarana bilər” – VİDEO 

Hazırda oxunan: Tanınmış uroloq: “Prostatitə vaxtında müdaxilə olunmasa, xərçəng riski yarana bilər” – VİDEO 

186991

“Əfsuslar olsun ki, prostat xəstəliklərinin yaşı gəncləşib. Daha əvvəllər prostat müayinələrinə 45 yaşdan sonra başlayırdıqsa, indi isə bu, 40 yaşına düşüb. Prostatın özü sidik və cinsiyyət üzvünün bir parçası olan vəzidir. Onun xüsusi funksiyası “ata olmaq” funksiyasıdır. “Ata olmaq” funskiyasının 30 faizi prostat vəzinin üstünə düşür”. 

Bizim.Media xəbər verir ki, bu sözləri cərrah-uroloq, androloq Zəbur Bağırov qonaq olduğu “Yaşamaq gözəldir” sağlamlıq verilişində deyib.  

Z.Bağırov bildirib ki, prostat vəzində başlanan iltihab prosesi vaxtında həkim müdaxiləsi aparılmasa, xərçəng riski yarana bilər: 

“Prostat vəzinində iltihabı prosesləri olur. Adından bəlli olduğu kimi “prostatit”. İkinci prostatın xoşxassəli hiperplaziyasıdır. Bu isə xərçəng demək deyil. Sadəcə böyümüş bir prostatdır.
Üçüncü isə ən ağır forma olan prostat xərçəngidir. Təəssüflər olsun ki, ən son statistik məlumatlara görə, onkoloji xəstəliklər içində ölümün səbəb olan ikinci ən ağır xətəlik prostat xərçəngidir. 

Cinsi yetişkənlik yaşına qədər prostat vəzi çox böyümür. 13 və 25 yaş aralığında iki dəfə sürətli şəkildə böyüyür və bu, onun böyüməsi lazım olan müddətdir. Bu müddət ərzində isə prostat 20-25 qrama qədər çata bilir. Prostatit 25-50 yaş arasında yaranır. Amma prostatın hiperplaziyası, xoşxassəli böyüməsi isə artıq 50 yaşdan sonra yəni 70-90 yaşına qədər davam edir”.
 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin