Apteklərin sayı çoxalır, əczaçılar isə azalır: Problemi necə həll etmək olar? – VİDEO 

Hazırda oxunan: Apteklərin sayı çoxalır, əczaçılar isə azalır: Problemi necə həll etmək olar? – VİDEO 

186786

“İldən-ilə apteklərin sayı çoxalır, əczaçılar isə azalır”.

Bizim.Media xəbər verir ki, bunu sosial sahə üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, son vaxtlar ölkədə ali təhsilli əczaçı tapmaq demək olar ki, müşkülə çevrilib. O bildirib ki, apteklər şəbəkəsi kifayət qədər genişləndiyi üçün əczaçılara ciddi ehtiyac yaranıb.
Ekspert bildirib ki, əczaçı azlığı gələcəkdə xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yarada bilər.

Ekspert əlavə edib ki, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var. Bununla qismən də olsa çatışmazlıqları aradan qaldırmaq olar.

Qeyd edək ki, aptekdə çalışan və dərman vasitələrinin buraxılışını həyata keçirən şəxs və ya şəxslərin ali və ya orta əczaçılıq təhsilinə malik olmaması məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər üçün isə 1 000 manatdan 2 000 min manatadək cərimələnə bilərlər.

Mövzu ilə bağlı “Xəzər TV”nin hazırladığı videomaterialı təqdim edirik:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin