Bakıda hər 100 nəfərdən 68-i ürək- damar xəstəlikləri səbəbindən dünyasını dəyişir.
Bizim.Media xəbər verir ki, ötən ilin yanvar ayında paytaxtda baş verən 900 ölüm hadisəsi qeydə alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.
Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirilir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.
Həkim Anar Əmrah bildirir ki, təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.
Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.
Mövzu ilə bağlı “Xəzər TV”nin hazırladığı videomaterialı təqdim edir:
Bizim.Media