Honq-Konqda həkimlər ilk dəfə insanda “herpes B” virusu aşkarlayıb. Bu virusa “meymun herpesi” də deyirlər.
Honkonq Səhiyyə Departamentinin yaydığı məlumata görə, 37 yaşlı kişi martın 21-də səhhətinin pisləşməsi və hərarətin yüksəlməsi şikayətləri ilə xəstəxanaya daxil olub.
Aparılan analizlərin nəticəsində məlum olub ki, xəstə “herpes B” virusuna yoluxub. Yaxınlarının sözlərinə görə, fevralın sonunda Honkonqdakı parkı ziyarət edərkən vəhşi meymunlarla təmasda olub və heyvanlar ona xəsarət yetiriblər. Şəxsin hazırda reanimasiyada olduğu bildirilib.
Yarasadan insana keçərək bütün dünyanın düzəninə təsir edən koronavirusundan sonra tapılan istənilən yeni virus insanların təlaşına səbəb olur. Virusun mənşəyi, insandan insana keçmə və dünyada yayılma ehtimalı ətrafında müzakirə yaranır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist-həkim Mərdan Əliyev yaranan suallara aydınlıq gətirib.
O bildirib ki, bu virus yenidir və insan beyninə təsir edir:
“B virusu meymunlarda olur. İnsana yoluxması nadir hallarda rast gəlinir. Meymunların bəzi növlərində müşahidə olunur. Müalicə olunmadığı halda ölümlə nəticələnə bilir.
Xüsusilə, beyinə təsir edir, beyini sıradan çıxarır. Nadir hallarda rast gəlinən bir xəstəlikdir. Yeni deyil, məlum olan xəstəlikdir. Xüsusən, meymunların çox olduğu bölgələrdə və meymunlarla insanların təmasda olduğu vəhşi təbiətdə rast gəlinən bir xəstəlikdir”.
Həkim virusun insandan insana yoluxmasının mümkünlüyünü də qeyd edib.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
15:30 / 05.04.2024
İndi də meymun virusu YAYILIR – Azərbaycana gələ BİLƏR?
Hazırda oxunan: İndi də meymun virusu YAYILIR – Azərbaycana gələ BİLƏR?
Hazırda oxunan: İndi də meymun virusu YAYILIR – Azərbaycana gələ BİLƏR?
185796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.