Azərbaycanda valideynlərin çoxu bir yaşına çatan körpələrin saçını dibdən kəsirlər. Onlar hesab edirlər ki, bir yaşlı uşağın saçının keçəl qırxılması onun saçlarının gələcəkdə daha gur, sağlam olmasına dəlalət edir. İndi bundan imtina edən gənc valideynlər isə nənə-babanın qınağına tuş gəlir.
Həkimlər isə məsələ ilə bağlı fərqli düşünürlər.
Bu barədə fikirlərini Bizim.Media ilə bölüşən pediatr Sevda Novruzova deyib ki, bunun saçın sonrakı göstəricisinə heç bir təsiri yoxdur:
“Uşaqların saçlarının bir yaşda qırxılmasının heç bir xeyri yoxdur. Bəzi ailələrdə uşaqların saçları xüsusi ülgüclərlə qırxılır, ülgüclər tük köklərini zədələyir. Bu da böyük problemlərə və iltihablı proseslərə səbəb ola bilər. Seyrək saçın keçəl olduqdan sonra gurlaşması anlayışı tibbdə yoxdur. Onsuz da uşaqların doğuşdan gələn saçları bir və üç yaşında tökülür və daha qalıcı saçlarla əvəz olunur”.
O, saçın ana bətnində qidalandığını bildirib:
“Pediatr olaraq müəyyən vitamin və mineralların çatışmazlığı nəticəsində üç yaşından sonra da saçların seyrək olması bizim diqqətimizi çəkir. Onda da müayinədən sonra lazımi müalicələr aparılır”.
Pediatr Aytən İsmayılova isə öz təcrübəsinə əsaslanaraq bunun müsbət nəticə verdiyini qeyd edib:
“Uşaq, xüsusilə, qız uşaqları üç yaşına çatdıqda artıq bunları başa düşür və saçının yoxluğunu özündə nəyinsə itkisi kimi anlaya bilir, travma alır. Yəni üç yaşda və ondan sonrakı yaşlarda uşaqların keçəl olunmasını doğru hesab eləmirəm.
Bir yaşda uşaqda isə problem yoxdur. İlkin çıxan tüklər çox nazik, yumşaq olur. İndi ola bilər tibbdə belə bir şeyin əsassız olduğunu desinlər. Amma həmin nazik saç qırxılandan sonra çıxan tüklər nisbətən qalın olur. Bunu təcrübəmdə görmüşəm. Dərini zədələmirsə, burada heç bir problem yoxdur”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
12:40 / 04.04.2024
Körpələrin saçını keçəl qırxmaq ZƏRƏRLİDİR? – Həkimlərdən TƏZADLI YANAŞMA
Hazırda oxunan: Körpələrin saçını keçəl qırxmaq ZƏRƏRLİDİR? – Həkimlərdən TƏZADLI YANAŞMA
Hazırda oxunan: Körpələrin saçını keçəl qırxmaq ZƏRƏRLİDİR? – Həkimlərdən TƏZADLI YANAŞMA
185606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.