Moskvadakı qanlı olay psixoloji sağlamlığımıza necə TƏSİR etdi? - AÇIQLAMA 

Hazırda oxunan: Moskvadakı qanlı olay psixoloji sağlamlığımıza necə TƏSİR etdi? - AÇIQLAMA 

184516

Xəbər verildiyi kimi, martın 22-də Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında böyük itkilərin olduğu terror hadisəsi baş verib. Qeyd edək ki, bu günə olan məlumatlara görə, 140 nəfər terakt zamanı həyatını itirib.

Bu hadisə Rusiya ilə yanaşı, Azərbaycanda da bir çoxlarının təşvişə və panikaya düşməsinə səbəb olub. İnsanlar kütləvi yerlərdən, metro, teatr, kino, ticarət və Mall-dan maksumum dərəcədə az istifadə etməyə qərar veriblər. Bu barədə özlərinin sosial hesablarında məlumat verən bəzi qisim Moskvadakı qanlı olayın psixologiyalarına ciddi zərbə vurduğunu bildiriblər.

Psixoloq Elnur Rüstəmov Bizim.Media-ya bu kimi hadisələrdən sonra insanlarda yaranan psixoloji sarsıntıdan söz açıb:

“Terror kollektiv qorxu və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyır. Bu qorxu sürətlə yayılır və hadisəni birbaşa yaşayanlarla məhdudlaşmır. Bu cür hadisələrin yaratdığı psixoloji pozuntular və ya narahatlıqlar səbəbindən, əhalinin daha çox psixoloji yardıma ehtiyacı olub-olmadığını yoxlamaq vacibdir”.

E.Rüstəmov qeyd edib ki, adətən terror zamanı psixoloji sarsıntı keçirən insanlar, terror hadisəsi zamanı fiziki xəsarət alanlardan daha çox olur:

“Psixoloji nəticələrin başa düşülməsi, terrorizmin mənfi psixoloji təsirlərini məhdudlaşdıracaq qabaqlayıcı tədbirlərin görülməsi olduqca vacibdir. Terror hadisəsindən sonra  insanlar öncə baş verən dəhşətli aktların reallığına məruz qalır və bu cür hal posttravmatik stress pozuntusu (TSSB) simptomologiyası ilə əlaqələndirilir. Hadisənin baş verdiyi ilkin zamanlarda insanlar arasında psixoloji narahatlıq daha çox özünü göstərir. Xüsusən harada yaşamasından asılı olmayaraq həssas insanlar bundan daha çox təsirlənirlər. Lakin daha sonra artıq kütlələr arasında adaptasiya baş verir və məsələnin qanuni yolları dərk edilir”.

Psixoloqun sözlərinə görə, bununla bağlı hökumətlər, qurumlarla qoruyucu və qabaqlayıcı tədbirlər alırlar:

“Azərbaycanda da terrorla bağlı narahatlıqlar ola bilər, ancaq bir şeyi nəzərə almaq lazımdır ki, bu gün təhlükəsizlik orqanları baş verə biləcək terror, eləcə də digər neqativ hadisələri zamanında aşkarlaya bilirlər və öncədən bununla bağlı əhaliyə mütəmadi olaraq məlumatlar verirlər. Məhz bütün bunlar insanlarda bu cür hadisələrə qarşı psixoloji dayanıqlıq formalaşdırır, eləcə də narahatlıqları azaldır. Eyni zamanda, digər ölkələrdə baş verən hadisələr insanlardan daha diqqətli olmağın, dövlətlərin terrora qarşı birgə mübarizə aparmasının vacibliyini bir daha ortaya qoyur”.

Nuranə Daxilqızı, Bizim.Media ‎

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin