"Hazırda Qusar rayonunda 186 nəfər şöbəmizdə rəsmi qeydiyyatdadır. Qeydə alınan hər bir vərəm xəstəsi 4 illik müalicədən sağalmış sayılır və qeydiyyatı ləğv olunur"
Bu sözləri Bizim.Media-ya Qusar rayon mərkəzi xəstəxanasının Ağ ciyər xəstəlikləri şöbəsinin müdiri Saruxan Badamov deyib.
Onun sözlərinə görə, son 4 illə müqayisədə Qusarda vərəm xəstələrinin sayında azalma müşahidə edilir:
“Əgər 2019-cu ildə rayonda 29 vərəmli xəstə qeydə alınmışdısa, 2022-ci ildə bu rəqəm 10 nəfərə enib. Amma 2023-cü ildə Qusar üzrə 15 yeni vərəm xəstəsi müəyyən edilib və hazırda bu istiqamətdə azalma qeydə alınmaqdadır”.
Saruxan Badamov açıqladı ki, hazırda Qusar rayon mərkəzi xəstəxanasının 10 çarpayılıq ağ ciyər xəstəlikləri şöbəsində 8 nəfər stasionar şəraitdə müalicə olunur. Onların bütün müalicəsi dövlət hesabına olmaqla pulsuzdur.
Vərəmli xəstələrin dərman təminatı da dövlətin hesabına aparılır.
Qusar xəstəxanasının şöbə müdiri vərəmli xəstələrin ilkin müəyyən edilməsi Quba rayon mərkəzi xəstəxanasında fəaliyyət göstərən regional Referans qan analizi laboratoriyasında həyata keçirilir. Onun açıqlamasına görə, vərəm xəstələri ambulator və stasionar şəraitdə müalucə olunur.
Azərbaycanda da bu xəstəliyə yoluxmuş xəstələr Ümumdünya Səhiyyə Təşkilatının "DOTS" proqramı üzrə müalicəyə cəlb olunduqlarını deyən Saruxan Badamov vərəmin sosial xəstəlik olduğunu deyir.
Onun məlumatına görə,ağır həyat tərzi,düzgün qidalanmamaq,işıqsız v, şəraitsiz məkan və digər sosial səbəblər vərəmin yaranmasına şərait yaradır.
Saruxan Badamov qeyd etdi ki, yerlərdə tibb müəssisələrində vərəmə şübhəli şəxslərin rayon mərkəzi xəstəxanasına vaxtında göndərilməsi, onlarla kontakt zamanı düzgün müalicənin aparılması və vərəmə qarşı dərmanların vaxtında qəbul edilməsi xəstəliyin azalmasına gətirən əsas amillərdəndir.
Bu istiqamətdə profilaktik tədbirlər və işlər davam etdirilir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə isə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
COP29
13:48 / 24.03.2024
Qusar rayonunda neçə vərəm xəstəsi var? - ÖZƏL AÇIQLAMA/FOTO
Hazırda oxunan: Qusar rayonunda neçə vərəm xəstəsi var? - ÖZƏL AÇIQLAMA/FOTO
Hazırda oxunan: Qusar rayonunda neçə vərəm xəstəsi var? - ÖZƏL AÇIQLAMA/FOTO
183988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.