Üzdəki sızanaqlardan necə qurtulmaq olar? – TÖVSİYƏLƏR 

Hazırda oxunan: Üzdəki sızanaqlardan necə qurtulmaq olar? – TÖVSİYƏLƏR 

183874

Çox vaxt insanlar hansı dəri tipinə sahib olduqlarını, hansı qulluq vasitəsinə ehtiyac duyduqlarını bilmir. Bu zaman hansı müalicə növünün zərərli olduğunu anlamayaraq reklamlara inanırlar və  müxtəlif qulluq vasitələrindən istifadə edirlər. Belə olanda isə ciddi fəsadlarla, xüsusilə də, sızanaqlarla üzləşirlər. 

Bizim.Media-nın mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Sızanaq nədir və niyə yaranır?

Yetkinlik dövründə yeniyetmələrdə sızanaqlar yağ bezlərinin həddindən artıq işləməsi və məsamələrin tıxanması nəticəsində yaranır. Problem dərinin həddindən artıq yağlanması və dəridə qara nöqtələrin, qırmızı püstüllərin, çapıqların və izlərin görünüşü ilə müşayiət olunur. Əsasən bütün bunlar üzdə, bəzən isə boyun, sinə və çiyinlərdə görünür. Əksər yeniyetmə və gənclərdə bu hala rast gəlinsə də, çox nadir halda dermatoloq müraciət olunur. Bu da doğru deyil. 

Sızanaqların yaranmasına və ağırlaşmalarına qidanın təsiri

İctimaiyyətdə pəhrizin də sızanaqlara səbəb ola biləcəyinə dair fikirlər də geniş yayılıb. Bununla belə, dermatoloqların fikrincə, qidanın sızanaqların yaranmasına və ya kəskinləşməsinə təsiri heç bir şəkildə sübuta yetirilməyib. 

Məsələn, bəzən deyirlər ki, sızanaqların yaranmasına səbəb süd məhsulları, yumurta, şokolad və digər məhsullardır. Lakin bu iddiaların elmi sübutu yoxdur. Ona görə də sızanaqlarınız varsa, hər hansı pəhrizə riayət etməyin mənası yoxdur.

Dermatoloqların ümumi fikirlərdən biri budur ki, sızanaq zamanı qulluq məhsulları və kosmetikadan istifadə edilməlidir. Amma sızanaqlar üçün dekorativ kosmetikanın istifadəsi arzuolunmazdır. Çünki bu vasitələr üz dərisindəki məsamələri bağlaya və problemi çətinləşdirə bilər. 
Bütün hallarda sızanaqlar görünəndə dermatoloqa müraciət etmək, yalnız həkimin təyin etdiyi dərmanları qəbul etmək lazımdır. Ən əsası ucuz qulluq məhsulları və mənşəyi məlum olmayan dekorativ kosmetikadan uzaq durmaq lazımdır. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin