Yazda insanlarda çatışmayan bu vitaminləri necə BƏRPA EDƏK? – Mütəxəssisdən MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Yazda insanlarda çatışmayan bu vitaminləri necə BƏRPA EDƏK? – Mütəxəssisdən MÜHÜM AÇIQLAMA 

183776

Məlum olduğu kimi yaz fəslində insanlar daha çox vitamin çatışmazlığından əziyyət çəkirlər.

Bizim.Media xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Terapiya və ümumi tibbi praktika üzrə baş mütəxəssisi Oksana Drapkina yaz fəslində insan orqanizmində vitamin və mikroelementlərin çatışmazlığını kompensasiya etməyə kömək edəcək məhsulların adını çəkib.

Drapkinanın sözlərinə görə, ən çox yazda A, D, B1, E, B12, B6, B2, K vitaminlərinin çatışmazlığı müşahidə olunur. Onların hamısı sinir və immun sistemlərin işləməsi üçün lazımdır. Mütəxəssis qeyd edib ki, çatışmazlıqların qarşısını almaq üçün düzgün və müxtəlif qidalar yemək lazımdır.Menyu çoxlu sayda meyvə və tərəvəz, süd məhsulları, yumurta, ət və balıqdan ibarət olmalıdır.

Həkim bildirib ki, B vitaminlərini kartof, yerkökü, taxıl cücərtiləri və balıqdan almaq olar.

A vitaminiisə heyvan və quş ciyərində, yumurtada, yağda, kökdə, qırmızı bibərdə, balqabaqda, pomidorda, ərikdə, şaftalıda, armudda, qırmızı və narıncı tərəvəz və meyvələrdə olur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin