Peşələrin özünəməxsus XƏSTƏLİKLƏRİ – Kimlər nədən ƏZİYYƏT çəkir? 

Hazırda oxunan: Peşələrin özünəməxsus XƏSTƏLİKLƏRİ – Kimlər nədən ƏZİYYƏT çəkir? 

183691

Hansı peşə ilə məşğul olmağından asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stress, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır.  Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzun müddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəlikləri risk faktorlarının təkrar və uzun müddət məruz qalması nəticəsində yarandığına görə, xəstəliyin nə vaxt başladığını dəqiq bilmək çətindir.

Lakin mütəmadi olaraq tibbi müayinədən keçməklə, peşə xəstəliklərini ilkin mərhələdə müəyyən etmək mümkündür. 
 

MÖVZU İLƏ BAĞLI:

Hansı sənətin sahiblərinin xətrinə dəymək olmaz? – Maraqlı NÜANSLAR


Məsələn, deyilənlərə görə, müəllimlərdə görmə zəifliyi, cərrahların isə şəkər xəstəliyi olur. Söylənənlərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün Tibb elmləri doktoru, tibb eksperti Adil Qeybullaya müraciət etdik.

Maraqlıdır, hansı peşələrin öznəməxsus xəstəlikləri var?

Adil Qeybulla Bizim.Media-ya bildirib ki, əslində şəkərli diabeti peşə xəstəliyinə aid etmək düzgün deyil:

“Bu, ya orqanizmdəki meyillilikdən, genetik defektdən, ya da insulin dirəncindən qaynaqlanır. Hər bir peşədə stress var, o cümlədən həkimlərdə də bu, mövcuddur. Belə hesab edirəm ki, peşə xəstəlikləri daha çox istehsalatla məşğul olan insanlarda olur”. 

Həkim bildirib ki, Azərbaycanda da peşə xəstəlikləri ilə bağlı zamanında kifayət qədər tədqiqat aparılıb:

“Lakin düşünürəm ki, bu gün əl əməyinin avtomata keçməsi peşə xəstəliklərinin də sayını xeyli azaldıb. Əmək fəaliyyətindəki müdafiə vasitələri də bu kimi problemlərin qarşısını almağa kömək edir. Bütün bunlara baxmayaraq, peşə xəstəlikləri var”.

Adil Qeybulla bir sıra peşələrə xas olan xəstəliklərin də adını çəkib:

“Məsələn, sürücülərdə hemorroy (babasil), radikulit (bel oynaqlarında sinir köklərinin iltihabı), aşağı ətrafların damar xəstəlikləri olur. Bundan başqa, dəlləklərdə artrit (barmaq oynaqlarında problem), əllərdə qiqromalar (oynaq və ya vətərlərin yanında yaranan şiş),  həkimlərdə venaların varikozu (damar genişlənməsi), oynaq xəstəlikləri, virus hepatitləri ilə yoluxmalar, nevroz olur. Eyni zamanda, müəllimlərdə də varikoz və artroz (oynaq xəstəlikləri) olur”. 

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin