Dünyada təsdiqlənmiş koronavirus virusuna yoluxma hallarının sayı son gündə 809 mindən çox artaraq 140,32 milyonu keçib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Dünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bazar günü dərc olunan məlumatlarına əsasən yayıb.
Mənbə yazır ki, ölüm sayı da 11,4 mindən çox artaraq 3 milyonu adlayıb.
18 aprel Bakı vaxtı ilə saat 16: 35-ə qədər ÜST 140 322 903 yoluxma və 3 003 794 ölüm haqqında məlumat alıb.
MÖVZU İLƏ BAĞLI:
Son sutkada 805 mindən çox planet sakinində COVID-19 aşkarlanıb
Xəstəliyə yoluxanların sayı 809,004 nəfər, ölümlərin sayı isə 11,481 nəfər artıb. Dördüncü gündür yeni infeksiyaların sayı 800 mini keçib.
ÜST statistikanı dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatlar əsasında hazırlayır.
Ötən gün ÜST-yə bildirilən infeksiyaların üçdə birindən çoxu Cənub-Şərqi Asiyadadır (272,989).
Sonrakı yerləri Şimali və Cənubi Amerika (254,847) və Avropa (203,134) tutur. Təsdiqlənmiş infeksiya hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 250 635.
Bu ölkədən sonra Hindistan (14 788 109), Braziliya (13 832 455), Fransa (5 178 513), Rusiya (4 702 101), Böyük Britaniya (4 385 942), Türkiyə (4.212.645), İtaliya (3.857.443), İspaniya (3.396.685), Almaniya (3.142.262), Polşa (2.688.025) və Argentina (2.658.628) qərarlaşıb.
Bizim.Media