Mütəxəssislər hər zaman Ramazan ayında qidalanmamıza diqqət etməyimizi məsləhət edirlər.
Bizim.Media xəbər verir ki, türkiyəli həkim Ümit Aktaş bununla bağlı tövsiyələrini verib:
"İmsakda bol proteinli qidalar və yağ yeyin. Sahurda yumurta yaxşı bir seçimdir. Yanında zeytun da yeyə bilərsiniz. Sahurda karbohidratlı qidalardan uzaq durmaq lazımdır. Bu ayda karbohidrat, qlüten tərkibli qidalar və şəkərdən uzaq durulmalıdır.
Orucumuzu xurma ya da bir neçə ədəd zeytunla açmaq olar. İlk etapda şorbamızı salatla birlikdə yeməliyik.
Qan şəkərinizin qəflətən yüksəlməməsi və ürək-damar problemləri yaşamamaq üçün şorbadan sonra mütləq 20 dəqiqə ara verib, daha sonra yeməyinizə davam etməlisiniz. Bu cür qan şəkəriniz anidən yüksəlməz.
Ürək-damar problemləri də yaşamazsınız. İftarda şorba və salatdan sonra ət ya da tərəvəz yeməyi seçə bilərsiniz.
Paxlava kimi ağır şirniyyatlardan qaçmalıyıq. Adaçayı kimi bitkilər, mədə və bağırsaqların rahatlamasını təmin edərək həzmsizliyə faydalıdır. İftar və sahurda içilə bilər". (medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
05:47 / 17.04.2021
Ramazanda qidalanmanıza diqqət edin!
Hazırda oxunan: Ramazanda qidalanmanıza diqqət edin!
Hazırda oxunan: Ramazanda qidalanmanıza diqqət edin!
18133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.