Xərçəngin geniş yayılmasının əsas səbəbi KEYFİYYƏTSİZ QİDALANMADIR?

Hazırda oxunan: Xərçəngin geniş yayılmasının əsas səbəbi KEYFİYYƏTSİZ QİDALANMADIR?

180320

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bədxassəli şişlərin yaranmasının 35-40 faizi məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.

O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.

Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var: “Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.

Görəsən, xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında həkim Səxavət Əlisoy bildirir ki, xərçəng xəstəliyinin əmələ gəlməsində əsas faktorların nə olduğu hazırda elmə məlum deyil: 

“Xəstəliyin yaranma səbəbləri məlum deyil. Bu barədə indilikdə sadəcə olaraq, ehtimallar irəli sürülür. Ehtimallara əsasən isə deyə bilərik ki, bu zaman xəstəliyin yaranmasına səbəb olan əsas faktorlar qismində ekologiya, çirkli hava, siqaret, anormal qidalanma çıxış edir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin