Koronavirus infeksiyası uşaqlarda başqa fəsadlar yarada bilər.
Bunu Bizim.Media-ya açıqlamasında tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirus daha çox kişilərin qəniminə çevrilib – ELMİ İZAHI
Onun sözlərinə görə, uşaqlarda kaşaski sindromu əmələ gələ, yəni qan laxtalanması pozula bilər:
“Nəticədə dərialtı səpkilər, qansızmalar olur. Bu isə nəticədə böyrək və ürəkçatışmazlığına gətirib çıxarır”.
Nəsib Quliyev hesab edir ki, mümkün olan bütün hallarda valideynlər uşaqlarını da özləri kimi koronavirus infeksiyasından mühafizə etməlidirlər:
“Uşaqlar yoluxmur” kimi fikirlərə ciddi baxmayın. Ana bətnində olan döl də, yeni doğulan körpə də koronavirus infeksiyasına yoluxa bilər”.
Gülşanə Mustafayeva, Bizim.Media